"Sabah" baş məşqçisinə inanır - Hədəf dəyişməyib!

22 Oktyabr 2020 18:06 Sabah 539
"Sabah" baş məşqçisinə inanır - Hədəf dəyişməyib!

«Sabah» rəhbərliyi Viktor Qomesə öz dəstəyini nümayiş etdirib.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın son 3 turunda qeydə alınan məğlubiyyət rəsmilərin baş məşqçiyə və komandaya inamını srsıtmayıb.

İspaniyalı çalışdırıcı və futbolçularla görüşən idarəçilər onlara inam aşılayıb, ruhdan düşməməyi və toparlanmağı tapşırıb.

Bildirilib ki, mübarizə hələ qabaqdadır və hədəf dəyişməyib – kollektiv avrokuboklara vəsiqə uğrunda yarışmanı sonadək davam etdirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti