"Mən hələ ki, klubdan getməyi məqsədəuyğun saymıram”

19 Oktyabr 2020 10:24 Sabah 584
"Mən hələ ki, klubdan getməyi məqsədəuyğun saymıram”

“Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm.

Matçın birinci hissəsi eyni səviyyədə oldu, rəqib qol vurmağı bacardı.

Biz hücumları sonlandıra bilmirdik, dinamiklik yox idi. İkinci yarıda üstün oynadıq. Əlimizə düşən fürsəti qola çevirə bilmiriksə, qələbə qazana bilmərik”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 6-cı turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı ispaniyalı mütəxəssis komandasının ardıcıl üçüncü oyunda məğlub olması haqda bildirib: "Bəzən yaxşı oynayıb pis nəticə qazanmışıq, bəzən isə əksinə olub.

Ardıcıl 3 məğlubiyyətə gəlincə, dünyanın hər ölkəsində 3 uğursuz nəticədən sonra baş məşqçisini istefaya göndərə bilərlər. Əksinə, ona yaxşı nəticələr qazanması üçün şans da verilə bilər. Mən hələ ki, klubdan getməyi məqsədəuyğun saymıram”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!