"Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik"

18 Oktyabr 2020 20:40 Sabah 926
"Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik"

"Sabah"ın baş məşqçisi Visente Qomesqo Azərbaycan Premyer Liqasının Vı turunda "Neftçi"yə məğlubiyyətdən (0:1) sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis vəziyyətlərindən yararlana bilməmələrini qabardıb:

"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Qarşılaşmanın birinci hissəsi eyni səviyyədə keçdi. Rəqib qol vurmağı bacardı, biz isə hücumları məntiqli sonluqla tamamlaya bilmədik.

Oyunumuzda dinamiklik çatışmırdı. İkinci yarıda üstün tərəf biz idik. Lakin əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti