"Neftçi"ni məmnun, "Sabah"ı narahat edən 2 AD

16 Oktyabr 2020 01:10 Sabah 815
"Neftçi"ni məmnun, "Sabah"ı narahat edən 2 AD

Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi" ilə qarşılaşacaq "Sabah" ciddi itkilərlə üzləşib.

Sportinfo.az xəbər verir ki, millidən zədəli qayıdan komandanın iki futbolçusu: Bəhlul Mustafazadə və Təmkin Xəlilzadə hələ də məşqlərdə iştirak etmir.

Bəhlul Mustafazədənin "Neftçi" ilə oyunu buraxacağı dəqiqdir, Təmkin Xəlilzadənin isə bu matçda meydanda olub-olmaması həkimlərin son qərarından asılı olacaq.

"Neftçi" - "Sabah" matçı 18 oktyabr, saat 14:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti