"Millətlər Liqasından canımızı qurtarmalı və çıxış yolu tapmalıyıq"

14 Oktyabr 2020 14:36 Sabah 836
"Millətlər Liqasından canımızı qurtarmalı və çıxış yolu tapmalıyıq"

"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger UEFA Millətlər Liqasının keçirilməsinə qarşıdır.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis "Bild" nəşrinə açıqlamasında turnirin ləğvinin tərəfdarı olduğunu söyləyib.

UEFA Millətlər Liqası 2018-ci ildən keçirilir. Onun fikrincə, hər kəsin başa düşdüyü yarışlar keçirilməlidir:

"Millətlər Liqasından canımızı qurtarmalı və hamı üçün aydın olan çıxış yolu tapmalıyıq. Küçəyə çıxıb Millətlər Liqasının nə olduğunu soruşsanız, az adam bunu izah edə biləcək.

Mümkün qədər az yarış keçirməliyik. İki ildən bir təşkil olunan dünya və Avropa çempionatları müasir dünya üçün daha uyğundur".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"