“Sabah”dan açıqlama: “Bu gün Azərbaycanda kimə desək ki…“

13 Oktyabr 2020 10:52 Sabah 905
“Sabah”dan açıqlama: “Bu gün Azərbaycanda kimə desək ki…“

Məlum olduğu kimi, “Sabah” xüsusi formalar hazırlatdıraraq satışa çıxarıb.

Satışdan əldə ediləcək bütün gəlir ordumuza yardım üçün xərclənəcək.

Xüsusi formanın arxa hissəsinə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı əks olunub. Komanda bu formada yalnız bir oyuna çıxıb.

Satışda olan bütün formalar Premyer Lliqanın 5-ci turu çərçivəsində baş tutan “Sabah” – “Keşlə” oyununda istifadə olunub. Formaların üzərindəki adlar eyni, rəqəmlər isə müxtəlifdir.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a satış prosesinin necə getməsi ilə ilə bağlı açıqlama verib:

“Təxminən 30 ədəd forma satışa çıxarılıb. Artıq bir neçəsi satılıb. Hər ötən bu satışın daha da artacağını düşünürük. Əgər tələbat olsa, əlavə sifarişlər verə bilərik.

Bəzən qiymətlərlə bağlı sosial şəbəkə vasitəsilə suallar gəlir. Əvvəla, bilmək vacibdir ki, bu, kommersiya layihəsi deyil. Məqsəd orduya dəstək olmaqdır.

Bu gün Azərbaycanda kimə desək ki, orduya nəsə ianə et, hamı canla-başla razılıq verəcək. 50 manat istəsən də verəcək, 100 manat istəsən də.

Burada isə o, ödədiyi məbləğlə həm orduya dəstək olur, həm də forma qazanır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı