“Sabah“: Bütün gəlir ordumuza yardım üçün xərclənəcək

12 Oktyabr 2020 09:14 Sabah 663
“Sabah“: Bütün gəlir ordumuza yardım üçün xərclənəcək

“Sabah“ xüsusi formaları artıq satışa çıxarıb (#KarabakhisAzerbaijan).

Sportinfo.az xəbər verir ki, satışdan əldə ediləcək bütün gəlir ordumuza yardım üçün xərclənəcək.

Xüsusi formanın arxa hissəsinə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı əks olunub.

Komanda bu formada yalnız bir oyuna çıxıb. Satışda olan bütün formalar Azərbaycan Premyer Liqasının V turu çərçivəsində baş tutmuş “Sabah” – “Keşlə” oyununda istifadə olunub.

Formaların üzərindəki adlar eyni, rəqəmlər isə müxtəlifdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti