"Səbail" "Sabah"la qarşılaşacaq

8 Oktyabr 2020 15:18 Sabah 430
"Səbail" "Sabah"la qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Səbail" və "Sabah" öz aralarında yoxlama oyunu keçirəcək.

Sportinfo.az "Səbail"in "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, oktyabrın 11-i "Bank Respublika Arena"da keçiriləcək görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" ölkə çempionatında 6 xalla 5-ci, "Səbail" 3 xalla 8-cidir.Bu komandalar arasında Premyer Liqanın 4-cü turunda keçirilən matçda "Səbail" 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti