Ramil Şeydayev: "Sabah"da hər şey qaydasındadır - Müharibə futbola da təsir edir"

7 Oktyabr 2020 11:48 Sabah 624
Ramil Şeydayev: "Sabah"da hər şey qaydasındadır - Müharibə futbola da təsir edir"

"Bakını təmsil edən "Sabah"da çıxış edirəm və yeni komandamda hər şey qaydasındadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanm millisinin və "Sabahp" klubunun futbolçusu Ramil Şeydayev Rusiyanın "spbdnevnik.ru" saytına müsahibəsində deyib.

24 yaşlı hücumçu bildirib ki, yeni klubuna qısa zamanda uyğunlaşıb: "Çempionat yeni başlayıb. "Sabah"a adaptasiya olmaq üçün çox vaxt lazım olmadı.

Çünki heyətdəki bir çox oyunçu ilə bir-birimizi yaxşı tanıyırıq. Heç bir problem yoxdur".

Onun sözlərinə görə, son vaxtlar cəbhə xəttində baş verənlər futboldan da təsirsiz ötüşməyib: "Əlbəttə, müharibə təsir edir. Hamı narahat olur və bu barədə düşünür".

Digər Xəbərlər
Xəbər Lenti