“Sabah”da hamı Şəhriyar oldu, Vüsal əsgər salamı verdi - FOTOLAR

3 Oktyabr 2020 10:10 Sabah 827
“Sabah”da hamı Şəhriyar oldu, Vüsal əsgər salamı verdi - FOTOLAR

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə sıx təqvimin orta pillələrində qərarlaşan iki komanda üz-üzə gəlib.

Ötən turda məğlub olan “Sabah”la “Keşlə”nin duelinə meydan sahibləri xüsusi forma ilə çıxıb.

Bu geyimin ön hissəsində "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır!) yazısı, arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı həkk olunub.

Qarşılaşmaya gəlincə, oyunun taleyi ikinci hissədə həll olunub. Silvio Rodriqesin və Vüsal İsgəndərlinin vurduğu qollar “Keşlə”yə qələbə qazandırıb. Yunis Hüseynovun yetirmələri bu qələbə ilə ən azı bir günlük liderliyə yüksəliblər. Visente Qomesin yetirmələri isə ardıcıl ikinci məğlubiyyətini alıb.

Bu nəticədən sonra Yunis Hüseynovun başçılıq etdiyi komanda xallarının sayını 8-ə çatdırıb və müvəqqəti də olsa, liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 5-ci yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti