"Sabah" bu gün meydana xüsusi formada çıxacaq

2 Oktyabr 2020 15:18 Sabah 1 211
"Sabah" bu gün meydana xüsusi formada çıxacaq

"Sabah" Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Keşlə" ilə keçirəcəyi oyuna xüsusi formalarla çıxacaq.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, formanın ön hissəsində "Karabakh is Azerbaijan" ("Qarabağ Azərbaycandır") yazısı həkk olunub. Formanın arxa hissəsində isə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı yazılıb.

Qeyd edək ki, matç saat 15:30-da başlayacaq

Digər Xəbərlər
Xəbər Lenti