Ruslan Abışov: “Hələ ki, gücümüz dua etməyə çatır"

30 Sentyabr 2020 19:00 Sabah 523
Ruslan Abışov: “Hələ ki, gücümüz dua etməyə çatır"

“Yaxşı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız əsgərlərimizlədir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Sabah”ın futbolçusu Ruslan Abışov öz "feysbuk" səhifəsində yazıb.

32 yaşlı yarımmüdafiəçi paylaşımında bunları da qeyd edib: “Hələ ki, gücümüz dua etməyə çatır. Ürəyimiz prezidentimiz, ordumuz və vətənimizlədir.

İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun!”.

Digər Xəbərlər
Xəbər Lenti