"Sabah"ın kapitanı: "Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!"

29 Sentyabr 2020 20:20 Sabah 1 114
"Sabah"ın kapitanı: "Vətən uğrunda şəhidlikdən gözəl nə ola bilər ki?!"

"Sabah"ın kapitanı Ruslan Abışov son günlər cəbhədə baş verən hadisələrə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi ön xətdəki vəziyyətlə bağlı narahat olduğunu söyləyib.

Təcrübəli oyunçu hazırda fikrinin yalnız əsgərlərin yanında olduğunu vurğulayıb: "Yaxsı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız onlarladır. Hələ ki, gücümüz buna çatır".

Azərbaycan millisinin sabiq müdafiəçisi deyib ki, Vətən uğrunda döyüşməyə, şəhid olmağa hazırdır: "Ondan gözəl nə ola bilər ki?!

Ürəyimiz prezidentimiz, ordumuz və Vətənimizlədir. İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun"! (report.)

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı