"Bunu klubdan soruşmaq lazımdır ki, o nə üçün heyətdən kənarda qalıb" - Visente Qomes

26 Sentyabr 2020 20:38 Sabah 1 217
"Bunu klubdan soruşmaq lazımdır ki, o nə üçün heyətdən kənarda qalıb" - Visente Qomes

"Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. "Səbail" qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.

- Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?

- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.

- Şakir Seyidovla bağlı nə düşünürsüz?

- Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.

- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?

- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.

- Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?

- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.

Digər Xəbərlər
Xəbər Lenti