"Sabah"da faydalı görüşmə – Sizdən qələbə, bizdən dəstək!

26 Sentyabr 2020 17:52 Sabah 857
"Sabah"da faydalı görüşmə – Sizdən qələbə, bizdən dəstək!

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha 2 oyunu keçiriləcək.

Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sabah" arasında gerçəkləşəcək.

Hazırda "Sabah" 3 oyundan 6 xalla 2-ci, xalı olmayan "dənizçilər" isə sonuncu pillədə qərarlaşıb. İndiyədək yerli çempionatda 7 dəfə üz-üzə gəlmiş komandaların duelində qonaqlar 3, meydan sahibləri 2 qələbə qazanıblar. 2 qarşılaşmada isə qalib müəyyənləşməyib.

Topların fərqi də "Sabah"ın xeyirinədir - 9:7. Visente Qomesin başçılıq etdiyi komanda son 4 oyunda rəqibinə uduzmayıb. “Səbail” isə son iki ev matçında qol vurmağı bacarıb.

Masazır təmsilçisi bu oyuna 3 xal qazanmaq niyyəti ilə çıxacaq. Ötən iki turda qələbə qazanan kollektivdə əhval-ruhiyyə çox yüksəkdir.

Klubun prezidenti Maksud Adıgözəlov görüşqabağı futbolçularla bir araya gəlib. O, komanda üzvlərinə inam aşılayıb, uğurun davamını gətirmələrini istəyib.

Adıgözəlov bildirib ki, yüksək yerlərə iddia etmək üçün onlara hər cür şərait yaradılıb. Prezident qeyd edib ki, zəfərlərin ardı gələrsə, bunun qarşılığında dəstək və mükafat fondu bir qədər də artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti