“Sabah“ın 4 futbolçusu bu qiyməti aldı - FOTO

25 Sentyabr 2020 11:48 Sabah 1 357
“Sabah“ın 4 futbolçusu bu qiyməti aldı - FOTO

“Sabah“ın 4 futbolçusu – Məhəmməd Mirzəbəyov, Saşa Stamenkoviç, Yevgeni Koçuk və Xulio Rodriqes Azərbaycan Premyer Liqasının III turunun rəmzi komandasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu, “InStat”ın göstəricilərinə əsasən müəyyənləşib.

Stamenkoviç isə turun ən yaxşı futbolçusu olub (InStat indeksi – 296).

“Sabah” III turda səfərdə “Zirə”ni 2:0 hesabıyla məğlub edib. Oyunda komandanın qollarına Xulio Rodriqes və Kevin Kubemba imza atıb. Xulio həmçinin ikinci qolda Kevinə məhsuldar ötürmə edib.

Premyer Liqanın ötən turunda da “Sabah”ın 4 futbolçusu (Bəhlul Mustafazadə, Ramil Şeydayev, Coşqun Diniyev və Yevgeni Koçuk) rəmzi komandaya düşmüşdü. Koçuk ardıcıl ikinci dəfə turun komandasında yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"