"Azərbaycanda bu xoşbəxtliyi görmədim" - ölkəmizdən ayrılan hücumçu

22 İyul 2020 11:34 Sabah 1 145
"Azərbaycanda bu xoşbəxtliyi görmədim" - ölkəmizdən ayrılan hücumçu

“Sabah”ın sabiq futbolçusu Rocer Roxas açıqlama verib.

Sportinfo.az “futbolcentroamerica.com” saytına istinadən xəbər verir ki, hazırda Kolumbiyanın “Deportes Tolima” klubunda forma geyinən 29 yaşlı honduraslı hücumçu, Azərbaycanda çıxış etdiyi dönəmdən də danışıb:

“Uzun müddət burada və ya başqa komandada oynamaq istəyirəm. Ölkəni və liqanı çox sevirəm, amma karyeramı “Olimpiya”da bitirmək niyyətindəyəm.

Onlara heç vaxt qapıları bağlamıram. Futbolda ən vacib şey ailədir. Mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm.

“Olimpiya”da çempion ola bilmədim, ancaq praktiki olaraq çox şey qazandım. “Necaxa” və “Alaxuelense” ilə də çempionluq qazana bilmədim. Səudiyyə Ərəbistanında və Azərbaycanda da bu xoşbəxtliyi görmədim, lakin ən böyük arzum “Deportes Tolima” ilə çempion olmaqdır”.

Roxas “Sabah”a 2019-cu ilin avqustunda keçmişdi. O, “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qolla yadda qalmışdı. Hücumçu, 2020-ci ilin yanvarında “Deportes Tolima”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!