İspaniyalı baş məşqçi "Sabah"ı "skype" ilə izləyir

20 İyul 2020 15:04 Sabah 912
İspaniyalı baş məşqçi "Sabah"ı "skype" ilə izləyir

«Sabah»ın yeni baş məşqçisi Visente Qomes sabah Azərbaycana təşrif buyuracaq.

Sportinfo.az-ın məlumatına görə, klub ispaniyalı mütəxəssisin sənəd və vizayla bağlı bütün işlərini yoluna qoyub.

Komanda isə bir neçə gündür Qəbələdədir və növbəti mövsümə hazırlıqları davam etdirir. Qomesin futbolçuların necə hazırlıq keçməsindən xəbəri var. Belə ki, o, hər məşq prosesini «skype» vasitəsilə izləyir.

Eyni zamanda, görüntülər lent alınaraq, tam şəkildə bir daha ona göndərilir. İspan çalışdırıcı bu yolla həm kollektivlə tanış olur, həm də verdiyi məşq proqramının icrasına nəzarət edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti