Yeni baş məşqçi proqram verdi, "Sabah" hərəkətə gəldi

17 İyul 2020 10:10 Sabah 921
Yeni baş məşqçi proqram verdi, "Sabah" hərəkətə gəldi

«Sabah» bu gün yeni mövsümün hazırlıqlarına start verəcək.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi hazırlııq keçmək üçün Qəbələyə yollanacaq.

Nazirlər Kabineti yanında Operatmv Qərargahın Premyer Liqa klublarının Bakıdan kənarda məşqlərə başlamasına icazə verməsindən yararlanan «Sabah» 2 həftə adıçəkilən rayonda çalışmalarını davam etdirəcək.

«Qafqaz Sport» otelində məskunlaşacaq kollektivə kim rəhbərlik edəcək? Bəllidir ki, yeni baş məşqçi Visente Qomes hələ Azərbaycana gələ bilməyib.

Klub rəhbərliyi ispaniyalı mütəxəssisin viza alması üçün müvafiq dövlət qurumlarına müraciət edib və gözlənilən budur ki, mövcud problem ən qısa müddətdə həllini tapacaq.

Ancaq bu o demək deyil, Qomes hazırlığın ilkin günlərinin necə keçməsindən xəbərsiz olacaq. O, həftəlik məşq proqramını artıq Bakıya göndərib.

Digər Xəbərlər
Xəbər Lenti