Sportinfo.az xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, 4 nəfər yaralanıb.
"Sabah" FK şəhidlərimizin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyir!

