“Sabah”: “Bu ayın sonuna kimi gəlmələri planlaşdırılır“

13 İyul 2020 14:08 Sabah 946
“Sabah”: “Bu ayın sonuna kimi gəlmələri planlaşdırılır“

Dünən “Sabah”da yeni təyinatlar rəsmiləşib.

Baş məşqçi Visente Qomes özünə 2 köməkçi götürüb.

Onlardan biri ukraynalı Qleb Platovdur. O, karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi çalışıb.

Məşqçilik karyerasına Bilbao “Atletik”inin akademiyasında başlamış Xesus Pinedo isə bu günə kimi Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığma komandalarında fəaliyyət göstərib.

Yeni məşqçi heyəti nə vaxt işə başlayacaq?:Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bununla bağlı Sportinfo.az-a deyib:

“Mövcud vəziyyətlə, yəni, koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması səbəbindən onların ölkəmizə dəqiq nə vaxt gələcəyini demək mümkün deyil. Ancaq bu ayın sonuna kimi gəlmələri planlaşdırılır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti