Premyer Liqamıza gələn ispaniyalı məşqçilər – Kim nə edib?

11 İyul 2020 23:20 Sabah 1 485
Premyer Liqamıza gələn ispaniyalı məşqçilər – Kim nə edib?

“Sabah”ın baş məşqçi postuna gətirdiyi Visente Qomes Azərbaycanda Premyer Liqa təmsilçilərinin güvənəcəyi üçüncü ispaniyalı mütəxəssis olacaq.

Sportinfo.az xəbər verir ki, indiyədək bu ölkədən olan iki çalışdırıcı klublarımıza rəhbərlik edib.

Maraqlıdır ki, onların hər ikisi Premyer Liqada 2012/13 mövsümündə çalışıb. İlk ispaniyalı Karles Bakes olub. Mövsümün gedişində “Xəzər Lənkəran”a gələn çalışdırıcı cəmi 10 turdan sonra postundan kənarlaşdırılıb.

Azərbaycana gələn ilk, Premyer Liqada debüt edən ikinci ispaniyalı isə Luis Araqondur.

“Qəbələ”nin 2012-ci ilin yayında əvəzedici komandasına gətirdiyi və uzun müddət burada çalışan ispaniyalı 2012/13 mövsümünün sonunda əsas heyətlə də çalışıb. Boş qalan baş məşqçi postunu 8 turluq tutan Araqon burada uğursuzluqdan sonra daha iki il əvəzediciləri çalışdırıb.

Araqon elə ölkəmizdə də əvəzedicilərlə, gəncləri yetişdirməklə faydalı olduğunu göstərib və burada klubuna xeyir veribsə, Bakes də daha çox köməkçi məşqçiliyi ilə seçilib. Elə onların “Sabah”a gələn həmyerlilərinin də karyerası əsasən əvəzedicilər və köməkçi məşqçi vəzifəsi ilə zəngindir.

Digər Xəbərlər
Xəbər Lenti