"Sabah"ın yeni baş məşqçisi kimdir? - VİDEOLAR

11 İyul 2020 10:10 Sabah 1 663
"Sabah"ın yeni baş məşqçisi kimdir? - VİDEOLAR

Dünən "Sabah"ın yeni baş məşqçisi bəlli oldu.

Sportinfo.az xəbər verir ki, Jelko Sopiçlə yollarını ayıran bakılıları yeni mövsümdən ispaniyalı Visente Qomes çalışdıracaq.

48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Visente Qomes məşqçi karyerası ərzində "Dinamo"nun (Kiyev) əvəzedici heyətində baş məşqçi (2014-2016), əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanında “Əl-Əhli” (2017-2018), Rusiyada “Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynada “Olimpik”in (Donetsk) (2019/20) baş məşqçisi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!