"Rəhbərliklə söhbətdə bildim ki, onlar da qalmağımda maraqlıdır"

10 İyul 2020 21:40 Sabah 992
"Rəhbərliklə söhbətdə bildim ki, onlar da qalmağımda maraqlıdır"

«Klub rəhbərliyi ilə hələ üzbəüz görüşüb söhbət etməmişəm, aramızda yalnız telefon danışığı olub».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Son 2 mövsümdə Bayıl təmsilçisini çalışdıran mütəxəssis işini davam etdirmək niyyətindədir: «Rəhbərliklə söhbətdə bildim ki, onlar da bunda maraqlıdır. Ancaq hələ başqa heç nə bilinmir.

Çünki əvvəlcə büdcə məlum olmalıdır. Büdcənin nə vaxt açıqlanacağını bilmirik. Ona görə də gözləmə mövqeyindəyik.

Büdcə məlum olandan sonra baxacağıq ki, nə etmək mümkündür. Qalası olsam, komandanın özəyini qoruyacam. Demək olar bütün futbolçular klubdan xəbər gözləyir».

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!