"Sabah" İspaniyanın tanınmış məşqçisinə tapşırıldı!

10 İyul 2020 16:23 Sabah 1 166
"Sabah" İspaniyanın tanınmış məşqçisinə tapşırıldı!

"Sabah"ın yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandaya bundan sonra ispaniyalı Visente Qomes başçılıq edəcək.

48 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Visente Qomes məşqçi karyerası ərzində Ukraynanın “Dinamo” (Kiyev) klubunun əvəzedici komandasında baş məşqçi (2014 - 2016), bu klubun əsas komandasında (2016-2017, 2019), həmçinin Səudiyyə Ərəbistanının “Əl-Əhli” (2017-2018), Rusiyanın “Spartak” (2018) klublarında köməkçi-məşqçi və Ukraynanın “Olimpik” (Donetsk) klubunda (2019/2020) baş məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti