"Spartak" və "Dinamo"nun keçmiş məşqçisi "Sabah"da

9 İyul 2020 23:00 Sabah 1 803
"Spartak" və "Dinamo"nun keçmiş məşqçisi "Sabah"da

“Sabah”ın yeni baş məşqçisi bəllidir.

Xorvat Jelko Sopiçlə vidalaşan paytaxt klubu yenə əcnəbiyə tapşırılacaq.

Sportinfo.az-ın futbolinfo.az-a istinadən məlumatına görə, “Sabah”a ispan Raul Ruis Qonsales Rianço rəhbərlik edəcək.

Yaxın günlərdə təyinat rəsmən açıqlanacaq. 60 yaşlı mütəxəssis 2005-ci ildən başlayaraq vətənində “Ximnastika”, “Rasinq” və “Levante”nin fiziki hazırlıq üzrə məşqçisi işləyib.

Daha sonra Rusiyada “Rubin”in məşqçilər korpusunda yer alıb, 2014-cü ildən Kiyev “Dinamo”sunda köməkçi kimi fəaliyyət göstərib. 2016-18-ci illərdə Ukrayna millisində baş məşqçi yardımçısı olan Rianço sonradan yenə Rusiyaya qayıdıb.

2018-ci ildə Moskva “Spartak”ının baş məşqçisi Massimo Karreranın yardımçısı olan ispan ilk dəfə baş məşqçi kimi ölkəmizdə debüt edəcək.

Digər Xəbərlər
Xəbər Lenti