Azərbaycanda daha bir klub baş məşqçisi ilə vidalaşdı

3 İyul 2020 11:06 Sabah 1 504
Azərbaycanda daha bir klub baş məşqçisi ilə vidalaşdı

“Sabah” baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Bu, yayın ikinci ayrılıq xəbəridir. Bir neçə gün öncə “Zirə“ də Zaur Həşimovu sükan arxasından uzaqlışdırdığını açıqlamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO