Təmkin Xəlilzadə AYRILMAQ İSTƏYİR

26 İyun 2020 23:00 Sabah 1 225
Təmkin Xəlilzadə AYRILMAQ İSTƏYİR

İlyarım öncə «Qəbələ»dən «Sabah»a keçən Təmkin Xəlilzadə yenə klubunu dəyişmək istəyir.

Sportinfo.az-ın məlumatına görə, millinin müdafiəçisi bu məqsədlə Premyer Liqanın 2 təmsilçisinə xəbər göndərib və öz xidmətini təklif edib.

O, hazırda qazandığı puldan daha aşağı məbləğ qarşılığında gəlməyə hazır olduğunu bildirib. Təmkini buna sövq edən Slavik Alxasovun «Keşlə»dən transferidir. Başa düşüb ki, indən belə Jelko Sopiçin əsas planlarında yer almayacaq.

Digər Xəbərlər
Xəbər Lenti