"Sabah" qapıçısı ilə müqaviləni 1 illik yenilədi - RƏSMİ

26 İyun 2020 12:44 Sabah 639
"Sabah" qapıçısı ilə müqaviləni 1 illik yenilədi - RƏSMİ

"Sabah" qapıçısı Saşa Stamenkoviçlə müqavilənin müddətini uzadıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı serbiyalı qolkiper növbəti mövsümdə də paytaxt təmsilçisində çıxış edəcək.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan Saşa Stamenkoviç oyun sayına görə klubun rekordçusudur. O, ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!