"Mənə verdikləri qiymətə və güvənə görə "Sabah"ı seçdim"

26 İyun 2020 09:28 Sabah 782
"Mənə verdikləri qiymətə və güvənə görə "Sabah"ı seçdim"

"Sabah"ın yeni transferi Slavik Alxasov Sportinfo.az-a müsahibə verib.

- Slavik, artıq "Sabah"a keçidin rəsmiləşdi. Bu barədə fikirlərini bilmək istərdik.

- Bəli, artıq "Sabah" klubunun oyunçusuyam. Ən azı iki il bu klubun uğurları üçün çalışacam. Kluba və rəhbərliyinə təşəkkürümü bildirirəm.

- "Sabah"a seçməyində maddiyat nə dərəcədə rol oynadı?

- "Sabah"ı seçməyim onların mənə verdikləri qiymətə və güvənə görə oldu. Sağ olsunlar mənə inanıb təklif göndərdilər və rahat razılığa gəldik. Bundan sonra "Sabah"ın uğurları üçün oynayacam.

- Baş məşqçi Jelko Sopiçlə hansısa söhbətin oldumu?

- Baş məşqçi ilə hər hansısa söhbətim olmayıb. Buna vaxtımız olmadı. İnşallah məşqlər başlayandan sonra söhbətimiz olacaq.

- "Keşlə"dən fərqli olaraq "Sabah" avrokuboklarda iştirak etməyəcək. Bu baxımdan "Keşlə"dən ayrılmağına üzülmürsən?

- Bu futboldu - 4 il orda oynadım, amma sabah hansı komandada olacağımı bilmirəm. Harda mənə güvənirlərsə, məndə orda 100% gücümü meydanda qoymağa çalışıram.

- "Sabah"la bağlı planların nədən ibarətdi? Komandanın potensialı növbəti mövsüm üçün nə vəd edir?

- İstəyim növbəti mövsüm "Sabah"la medallar uğurunda mübarizə aparmaqdır. Məncə, bu komanda ilə medallar uğurunda vuruşub, avrokuboklara getmək mümkün olacaq.

- Düşünmürsən ki, 4 il kapitanı olduğun komanda səni belə yola salmalı deyildi? Ümumiyyətlə, "Keşlə"dən ayrılığın gözlənilmız oldu. Özlüyündə "Keşlə"yə qarşı bir inciklik qalıbmı?

- Yox, heç kimlə incikliyim yoxdur. Mən kiməsə kin saxlamıram. Düzdü, "Keşlə"dən ayrılanda sonra telefonum zənglərdən dayanmır. Dost - tanış, mənə yaxın adamlar əlaqə saxlayıb, niyə ayrıldığımı soruşurlar. Amma bu futboldur. Bu gün burdasan, sabah başqa yerdə. Mən "Keşlə" üçün əlimdən gələni etdim. Hətta zədəli-zədəli heç kimə bildirmədən bütün oyunlarda canımı qoydum. Buna görə mən heç kim nəsə deyə bilməz. Medal qazanıb Avropa Liqasına düşmək istəyirdim, amma orda oynamaq qismət olmadı. Heç bir problem yoxdur. Bəzi şeylər oldu, özüm başa düşmədim. Amma bunlar hamısı arxada qaldı. Mənim yeni komandam var. Bundan sonra "Sabah"ın uğurları üçün əlimdən gələni edəcəm.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı