"Sabah"dan növbəti transfer - RƏSMİ

25 İyun 2020 14:36 Sabah 997
"Sabah"dan növbəti transfer - RƏSMİ

"Keşlə"dən ayrılan Slavik Alxasovun "Sabah"a keçəcəyini bir neçə gün əvvəldən yazmışdıq. (https://www.sportinfo.az/idman_xeberleri/sabah/86572.html)

Sportinfo.az xəbər verir ki, bu gün klub rəsmi saytında müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağladığını rəsmən açıqlayıb.

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti