"Neftçi"yə "göz qırpdı": "Təklif göndərin, gəlim”

24 İyun 2020 11:48 Sabah 1 520
"Neftçi"yə "göz qırpdı": "Təklif göndərin, gəlim”

"Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadə yenə .gündəmə gəlib.

O, İnstaqramda "karantindən sonra nə edəcəksiniz?” başlıqlı foto paylaşıb.

"Neftçi” azarkeşlərindən biri həmin fotoya "come to Neftchi” deyə şərht yazıb. Millimizin üzvü həmin şərhə "təklif göndərin, gəlim” cavabı verib.

Bu reaksiyanı yarzarafat da hesab etmək olar, yarıciddi də. Slavmk Alxasovun «Keşlə»dən transferindən sonra Təmkin Xəlilzadənin belə bir söz işlətməsi heç də təsadüfə oxşamır.

Görünür, başa düşüb ki, bundan sonra «Sabah»da əsas heyətə düşmək ona asan olmayacaq.

Hər halda Slavik bura əehtiyatda gün keçirmək niyyəti ilə gəlmir, özünü ən azından «Keşlə»dəki kimi göstərməyə çalışacaq. Deməli, bu ikili arasında ilk «11-liy»ə düşmək uğrunda əməlli-başlı rəqabət gedəcək.

Təmkin buna hazırdırmı? O qədər də yox. Hər halda ötənilki «Sabah» performansı göz doldurmadı, çox vaxt məşqçiləri üzdü. Nizam-intizam sarıdan ciddi problemləri olan müdafiəçinin ətrafında kifayət qədər söz-söhbət dolaşır. Hamısı da xoşagəlməz və məyusedici xəbərlərdir.

«Sabah» gələn mövsüm daha iddialı, daha güclü olacaq. Klub rəhbərliyi və sponsorlar komandanın uğurlu çıxışı naminə daha nə etmir ki… İstənilən şəraiti və imkanı yaradıblar.

Əksər Premyer Liqa məşqçiləri «Sabah»da çalışan həmkarlarına bu mənada həsəd aparır. Belə bir vəziyyətdə məsuliyyət Jelko Sopiçin və futbolçuların üzərinə düşür.

Xorvatiyalı baş məşqçi 7-8 aydır Azərbaycandadır, çempionatın səviyyəsinə, futbolçuların potensialına bələddir. Yəqin ki, tezliklə iş sistemini, oyunçularına yanaşma tərzini dəyişəcək, bir qədər fərqli olmağa çalışacaq.

Təmkinin getməsinə izn versə, uduzmayacaq. Qazanc olacaq, itki olmayacaq.

İctimaiyyətdə belə bir fikir formalaşıb ki, Xəlilzadə oyun seçir. İstəyəndə oynayır, istəməyəndə oynamır. «Sabah» bu cür biri lazımdırmı? Düşünmürük…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti