"Çalışacağıq ki, gələn mövsüm yenə avrokubok iddiamızı davam etdirək"

23 İyun 2020 12:30 Sabah 610
"Çalışacağıq ki, gələn mövsüm yenə avrokubok iddiamızı davam etdirək"

Sportinfo.az xəbər verir k Premyer Liqanın vaxtından əvvəl dayandırılması yeni müzakirə mövzusunu da özü ilə gətirib.

Hər nə qədər çempionatın bərpasının tərəfdarı olsaq da, futbol başbilənləri bunun əksini etdi.

Təəssüflər olsun ki, ölkədə futbola münasibətin qeyri-ciddiliyi bir daha ortaya çıxdı. Qərardan ən çox təsirlənən avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah” və “Zirə” oldu.

Çünki adı çəkliən iki komandanın da şansı var idi. Hətta 7-ci “Səbail”in və sonuncu “Qəbələ”nin də Avroliqa iddiası davam edirdi. Ancaq “Zirə” ilə “Sabah” hədəfə onlardan bir pillə daha yaxın idi. Hətta qəsəbə təmsilçisi top fərqli ilə “Sumqayıt”ın gerisində qaldı.

“Zirə”nin baş meneceri Elman Himayətoğlu çempionat bir kənara, ən azı ölkə kubokunun davam etdirilməli olduğunu bəyan etmişdi. Görünür, məlum qərar yalnız “qartallar”ı çox incidib. Çünki digər komandalar bu qərara təpki göstərmədi.

Avrokubok üçün heyət formalaşdıran “Sabah”ın baş məşqçisi Jelko Sopiç qərar hörmətlə yanaşdığını bildirmişdi. Bu dəfə adı çəkilən komandaların formasını geyinən bəzi futbolçuların məlum qərarla bağlı fikirlərini öyrəndik *Futbol+(.

Elvin Camalov (“Zirə”nin yarımmüdafiəçisi): “Bu gün vəziyyət elə gətirib ki, xəstəliyə yoluxanların sayı artır. Bu səbəbdən də belə bir qərar qəbul edilib. Məncə, ilk növbədə dövlətin, millətin sağlamlığıdı. Düzdü, avrokuboklar üçün şansımız vardı. Hədəfimiz bu idi. Bu səbəbdən də hamımız məyusuq. Ancaq edəcəyimiz bir şey yoxdu. Bu, dövlət səviyyəsində bir qərardı. Top fərqinə görə kənarda qaldıq. Bəzən futbolda belə olur. Açığı, mən çempionatın dayandırılacağını, ancaq ölkə kubokunun oynanılacağını düşünürdüm. Kubokun nəticələrinə görə də avrokuboklara gedənlər müəyyənləşər. Bu zaman yenə şansımız qalırdı. Həqiqətən məyusuq, amma qərara qarşı çıxmağın mənası yoxdu. Hörmətlə yanaşırıq və növbəti mövsümə hazırlaşmağı düşünürük”.

A)ğabala Ramazanov (“Zirə”nin hücumçusu: “Qərar barədə uzun danışılası bir şey yoxdu. Onsuz da nəticə dəyişməyəcək. Artıq qərar qəbul edilib. Biz də bununla razılaşırıq. Başqa yolumuz yoxdu. İstərdik ki, çempionat davam etsin və avrokubok iştirakçıları meydanda bəlli olsun. Ancaq nə edəsən ki, belə bir qərar verildi. Artıq heç nə edə bilmərik”.

Bəhlul Mustafazadə (“Sabah”ın müdafiəçisi): “Əlbəttə, çempionatın davam etməsini istəyirdik, buna hazırlaşırdıq. Təəssüf ki, belə oldu. Ancaq qərarla razılaşırıq. Çalışacağıq ki, gələn mövsüm yenə avrokubok iddiamızı davam etdirək. Bəlkə də mövsümü davam etdrmək olardı. Lakin həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi buna mane oldu. Beş gündə iki oyun keçirməklə məşq etməyə vaxt qalmayacaqdı. Sərtləşmə olmsaydı, davam edə bilərdik. Ancaq 2 günlük sərtləşdirilmə qərarı ilə çempionatı davam etdirmək mümkünsüz idi”.

Digər Xəbərlər
Xəbər Lenti