"Sabah"dan cavab "HƏ"

16 İyun 2020 10:52 Sabah 848
"Sabah"dan cavab "HƏ"

"Biz çempionatın davam etdirilməsinin tərəfindəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Peşəkar Futbol Liqası ötən həftə klublara məktub ünvanlayıb və Premyer Liqanın davam etdirilib-etdirilməməsi ilə bağlı sorğu keçirib.

Qurumun prezidenti Ramin Musayevin imzasıyla göndərilən məktubda bildirilib ki, klublar hazırkı şərtlər altında çempionatı bitirib-bitirməməklə bağlı fikirlərini yazılı şəkildə PFL-ə göndərməlidirlər.

Avrokuboklara iddiasını saxlayan Masazır təmsilçisi çempionatı təşkil edən quruma müsbət cavab verib: "PFL-in COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019-20 mövsümünün Əsasnaməsinə edilmiş əlavə sənədinə uyğun olaraq çempionata tam hazırıq".

Digər Xəbərlər
Xəbər Lenti