“Sabah” çalışdı, sonda istəyinə çatdı - FOTOLAR

14 İyun 2020 11:40 Sabah 497
“Sabah” çalışdı, sonda istəyinə çatdı - FOTOLAR

Azərbaycan Premyer Liqasının bərpa olunacaq hissəsinə hazırlaşan “Sabah”la “Zirə” arasında yoxlama oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı klublarının dueli paytaxtdakı “Bank Respublika Arena”da baş tutub.

Matçın taleyini bir qol həll edib. 90-cı dəqiqədə rəqib qapısına yol tapan Ceyhun Nuriyev “Sabah”a minimalhesablı qələbə qazandırıb.

Bu, hər iki komandanın bərpadan sonrakı ikinci yoxlama matçı olub. "Zirə" "Səbail"lə qollu bərabərə qalıb (2:2), "Sabah" isə "Qarabağ"a böyük hesabla (0:5) uduzub.

"Sabah" - "Zirə" 1:0
Qol:
Ceyhun Nuriyev, 90.

"Bank Respublika Arena"
"Sabah": Saşa Stamenkoviç, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Filip İvanoviç, Təmkin Xəlilzadə, Mario Marina, Yevgeni Koçuk, Rəşad Eyubov, Ozan Can Kökçü, Ramil Şeydayev, Xulio Rodriqes.

"Zirə": Emil Balayev, Alie Sesay, Elvin Camalov, Alvaro Ampuero, Ağabala Ramazanov, Davit Volkov, Bəxtiyar Həsənalızadə, George Anton, Riçard Qadze, Şafik Tiqrudca (k), Rauf Hüseynli.

Digər Xəbərlər
Xəbər Lenti