"Bəzi oyunçularda səhvlər var idi, ancaq onlara irad tutmaq istəmirəm"

14 İyun 2020 00:42 Sabah 984
"Bəzi oyunçularda səhvlər var idi, ancaq onlara irad tutmaq istəmirəm"

"Sabah"ın baş məşqçisi Jelko Sopiç "Zirə" ilə yoxlama oyunundan (1:0) sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis oyunu şərh edib:

"Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı. Qarşılaşmada futbolçuların əksəriyyətinə şans verdim.

Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Fikrimcə, böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti