“Sabah“dan YENİ XƏBƏR: 2 məşqçi qayıtdı, koordinator qaldı

13 İyun 2020 14:36 Sabah 688
“Sabah“dan YENİ XƏBƏR: 2 məşqçi qayıtdı, koordinator qaldı

“Sabah“ Futbol Akademiyasının xorvatiyalı məşqçiləri İva və Mario Vodanoviç ölkələrinə qayıdıb.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur həmidov Sportinfo.az-a bildirib ki, hər iki mütəxəssislə müqavilə müddəti başa çatıb. Akademiyanın baş koordinatoru Adino Mustedanaqiç isə öz vəzifəsində qalır:

"O ki qaldı Zaqreb “Dinamo”su ilə əməkdaşlıq çərçivəsində gələcəkdə başqa məşqçilərin akademiyamıza gəlməsinə, mövcud vəziyyətlə bağlı bu məsələ hələ ki, müzakirə edilməyib.

Uşaq futbolu ilə bağlı planlarımızda heç bir dəyişiklik yoxdur Akademiya həmişə olduğu kimi, indi də kubumuz üçün əsas prioritet təşkil edir.

Gələcəkdə "Dinamo" ilə əməkdaşlıq çərçivəsində yeni mütəxəssislərin cəlb edilməsi mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti