Stamenkoviçin "Sabah"da gələcəyi necə olacaq? - Klubdan açıqlama

12 İyun 2020 09:28 Sabah 1 191
Stamenkoviçin "Sabah"da gələcəyi necə olacaq? - Klubdan açıqlama

"Müqavilə məsələləri mövsümün sonunda həll olunacaq"

"Sabah"ın mətbuat katibi Elnur Həmidov bu sözləri Sportinfo.az-a açıqlamasında klubun Saşa Stamenkoviçlə bir illik müqavilə bağlamaq istəyinə münasibət bildirərkən deyib.

Klub sözçüsü serbiyalı qapıçının kareyerasını "Sabah"da bitirib, məşqçiliyə də elə burada başlamaq kimi bir planın hazırda müzakirə olunmadığını deyib: "Bu məsələ müzakirə edilməyib"

2 il öncə Qazaxıstandan Azərbaycana qayıdan Saşa Stamenkoviçin "Sabah"da müqaviləsi başa çatıb. Onunla 2 aylıq - hazırkı mövsümün sonuna kimi oynamaq razılığı əldə olunub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM