"Sabah" çempionatın dayandırılmasına qarşıdır

11 İyun 2020 23:00 Sabah 557
"Sabah" çempionatın dayandırılmasına qarşıdır

Sportinfo.az xəbər verir ki, "Sabah" koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan və iyunun 21-də bərpası planlaşdırılan Azərbaycan Premyer Liqasının vaxtından əvvəl başa çatdırılmasını istəmir.

Komandanın baş məşqçisi Jelko Sopiç, deyib ki, qalan turları oynamaq daha yaxşı olar: "Amma görək, ölkədə vəziyyət necə olacaq. Qarşıdakı 3-4 həftədə nələrin baş verəcəyini deyə bilmərik.

Ümid edirəm ki, Azərbaycanda getdikcə koronavirusa yoluxma halları azalacaq və biz cari çempionatı normal qaydada başa vurub yeni mövsümə başlayacağıq" (report).

Azərbaycanda iyunun 1-dən açıq havada idman yarışlarının keçirilməsinə icazə verilib.

"Sabah" 20 turdan sonra 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ölkə kubokunda mübarizəni dayandıran Masazır təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün bütün ümidini Premyer Liqaya bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti