“Komandam məni təəccübləndirməyi bacardı“

11 İyun 2020 20:20 Sabah 554
“Komandam məni təəccübləndirməyi bacardı“

“Açığı, komandamdan bu cür oyun gözləmirdim, məni müsbət mənada təəccübləndirməyi bacardılar“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail“in baş məşqçisi Aftandil Hacıyev deyib.

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün son 8 turuna hazırlaşan “Zirə” və “Səbail” yoxlama görüşündə üz-üzə gəlib. Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq “istirahət”ə son qoyub.

Zirə İdman Kompleksinin meydançasında baş tutan qəsəbə təmsilçilərinin duelinə zirəlilər fəal başlayıblar. Komanda erkən qolla hesabı açmasına baxmayaraq, rəqib fasiləyə qədər bərabərlik topunu vurub.

Hətta ikinci hissənin əvvəlində "Səbail" önə də keçib. Lakin sona 20 dəqiqə qalmış zirəlilər status-kvonu bərpa edib - 2:2. Hacıyevin bildirdiyinə görə, oyun yorğunluq fonunda keçsə də, maraqlı mübarizənin şahidi olub:

“Hər hissədə bir heyət oynatdım. Çünki ilk 30 dəqiqədən sonra gördüm ki, uşaqlarda fiziki cəhətdən yorğunluq var. Bütün futbolçular bacardığını etdim.

Mənim diqqətimi ən çox çəkən taktiki cəhətdən göstərilən oyun oldu. Üç aylıq məcburi istirahətdən sonra taktiki planda bu cür oyun göstərmək.., Uşaqlara «sağ ol» düşür. Çoxlu qol epizodlar yaratdıq.

Təkcə ikinci hissədə üç təktəbək epizodumuz var idi. Onları dəyərəndirsəydik, böyükhesablı qələbə qazana bilərdik. Bu, hələ başlanğıcdır. Oyundan-oyuna daha yaxşı təsir bağışlayacağimıza inanıram“.

Digər Xəbərlər
Xəbər Lenti