"SABAH": "Biz gənclərlə uzunmüddətli münasibətlər qurulmasına tərəfdarıq"

8 İyun 2020 20:40 Sabah 544
"SABAH": "Biz gənclərlə uzunmüddətli münasibətlər qurulmasına tərəfdarıq"

“Klubumuz həmişə gənc futbolçuların ölkə futboluna qazandırılmasında maraqlı olub”.

Bu söözləri Sportinfo.az-a açıqlamasında ”Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Məvacib məsələsində razılığa gələ bilməyən Şakir Seyidov isə əvəzedici heyətə göndərilib. Amma rəhbərlik hələ də gənc yarımmüdafiəçinin əsas komandaya qayıdacağına ümidlidir:

”Şakir 17 yaşından klubumuzun uğurları üçün çalışır. O, məhz “Sabah”da oyun təcrübəsi qazanıb, tanınıb, Premyer Liqada debüt edib, Azərbaycanın gənclərdən ibarət millisinin əsas üzvlərindən birinə çevrilib.

Ancaq biz klub olaraq, gənc futbolçularla uzunmüddətli münasibətlər qurulmasının tərəfdarıyıq. Hazırda komandada bir çox gənc, istedadlı futbolçular var.

Hansı ki, həmin futbolçulara klubumuzun gələcəyi kimi baxırıq. Ümid edirik ki, tezliklə Şakiri də həmin futbolçularla birlikdə əsas komandada görəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"