Millimizin futbolçusu "Sabah"dan "Beşiktaş"a gedir?

8 İyun 2020 14:36 Sabah 786
Millimizin futbolçusu "Sabah"dan "Beşiktaş"a gedir?

"Beşiktaş" "Sabah"ın futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Sportinfo.az "Akşam"a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ölkənin "Kasımpaşa" komandasının da gündəmindədir.

"Qara qartallar" "Sabah"la razılaşsa, transfer həll olunacaq. Bunadək "Beşiktaş"ın Niderlandın "Feyenoord" klubunda çıxış edən Kökçünün qardaşı Orkun Kökçünü də istədiyi, lakin artıq bu transferdən imtina etdiyi deyilir.

Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!