"Səbail" borc içində "üzür", Tamerlan Abdullayev "yoxa çıxıb"

5 İyun 2020 20:20 Sabah 1 728
"Səbail" borc içində "üzür", Tamerlan Abdullayev "yoxa çıxıb"

«Səbail»də növbəti narazılıq baş qaldırıb.

Sportinfo.az-ın məlumatına görə, iyunun 1-dən məşqləri bərpa edən «dənizçilər» klub rəhbərliyindən görüş istəyib.

Komanda üzvləri 3 aydır yığılıb qalan maaş borclarının ödənilməsini tələb eləyir. Onların qarşısına çıxan isə yoxdur. Faktiki olaraq prezident səlahiyyətlərini yerinə yetirən Tamerlan Abdullayev xeyli müddətdir ortalıqda yoxdur.

Adicə telefon zənglərinə də cavab vermir. Futbolçular qeyri-müəyyənlik davam edəcəyi təqdirdə, gələn həftə məşqə çıxmaq fikrində deyil.

Digər Xəbərlər
Xəbər Lenti