Altı nəfər “Sabah”a “baş üstə” dedi

5 İyun 2020 12:16 Sabah 846
Altı nəfər “Sabah”a “baş üstə” dedi

Başqa klublarda olduğu kimi, "Sabah"da da müqavilə müddəti mayda bitən futbolçuların sayı kifayət qədərdir.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi mövsümün bərpa olunacağını nəzərə alaraq, hər biri ilə danışıq aparır, razılıq almağa çalışır.

Artıq bu yöndə müsbət nəticənin hasil olduğunu deməliyik. Klubun mətbuat katibi Elnur Həmidovun bildirdiyinə görə, belə oyunçuların sayı 6 nəfərdir.

Bunlar qapıçı Saşa Stamenkoviç, müdafiəçilər Kərim Diniyevlə Məqsəd İsayev, yarımmüdafiəçi Vadim Abdullayev və hücumçular Ramil Şeydayevlə Xulio Sezar Rodrigesdi.

Adı çəkilənlərin hər biri ilə razılıq əldə olunub. Bu isə o deməkdir ki, anlaşma müddəti mayda bitən futbolçular daha 2 ay “Sabah”a kömək edəcəklər. Onların gələcək aqibətinə mövsüm başa çatandan sonra aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!