"Onun "Sabah"da heç bir problemi yoxdur" - MENECER

6 Oktyabr 2019 13:36 Sabah 708
"Onun "Sabah"da heç bir problemi yoxdur" - MENECER

"Ekşteynin Azərbaycanda işləri yolunda gedir. Orada xoşbəxtdir".

Sportinfo.az Cənubi Afrika mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın yarımmüdafiəçisi Hendrik Ekşteynin meneceri Polesa Mxize deyib. Futbolçunun ölkəmizdəki durumundan danışan agent onunla bağlı hər şeyin qaydasında olduğunu bildirib:

"Son turda 3:0 hesablı qələbə qazandıqları oyunda 90 dəqiqə meydanda olub. Bu isə Hendrikin yaxşı formada olmasını göstərir. Onun "Sabah"da heç bir problemi yoxdur".

Qeyd edək ki, Ekşteyn bu mövsümün əvvəlindən "Sabah"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM