Ümit Özat "Sabah"dan nə qədər pul istəyib?

28 Sentyabr 2019 12:35 Sabah 916
Ümit Özat "Sabah"dan nə qədər pul istəyib?

Elşad Əhmədovu istefaya göndərib İqor Ponormayovu müvəqqəti baş məşqçi təyin edən "Sabah"ın Ümit Özatla maraqlandığından xəbəriniz var.

Sportinfo.az saytı bununla bağlı maraqlı fakt əldə edib. Məlumata əsasən, "Sabah" rəsmiləri həqiqətən Türkiyədə olublar.

Amma 43 yaşlı mütəxəssislə görüşdə maddi məsələdə razılıq əldə olunmayıb. Son iş yeri 1-ci Liqada "Adana Dəmirspor" olan Özat Azərbaycan tərəfindən 500 min dollardan çox pul istəyib. "Sabah"ın nümayəndələri isə bu məbləğlə razılaşmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!