"Sabah"da gözlənilən ayrılıq: Elşad Əhmədov istefa verdi

16 Sentyabr 2019 09:17 Sabah 478
"Sabah"da gözlənilən ayrılıq: Elşad Əhmədov istefa verdi

"Sabah"ın baş məşqçi vəzifəsində dəyişiklik edilib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək.

Qərar klub rəhbərliyilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.

Əsas komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Rövşən Babayevə həvalə olunub.

Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.

E.Əhmədov ötən ildən "Sabah"ı çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm 4 oyundan 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti