Tükənir! “Sabah”ın yanına tələsin, cəmi 500-ü qaldı...

1 Avqust 2024 17:20 Sabah 736
Tükənir! “Sabah”ın yanına tələsin, cəmi 500-ü qaldı...

"Sabah" və "Makkabi" (Hayfa) arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa biletlər tükənir.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşma üçün satışa çıxarılmış 8000 biletdən 7500-ü satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə etmək mümkündür.

"Sabah" - "Makkabi" matçı bu gün saat 20:00-da başlayacaq. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır