
“Qalatasaray”ın sabiq hücumçusu Yesse Sekidika Azərbaycana gəlib.
O, dünəndən bəri Bakıdadır və tibbi müayinədən keçib.
Onu bura gətirən “Sabah”dır. Bu gün Türkiyə mediası belə bir xəbər yayaraq, saytımızn hələ sentyabrın 1-də üzə çıxardığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/178979.html).
Nigeriyalı hazırda azad agent statusu daşıyır. Bundan yararlanan “Sabah” onunla müqavilənin şərtlərini razılaşdırmağı bacarıb.
27 yaşlı afrikalı Premyer Liqanın gümüq medalçısı ilə 2 illik anlaşıb.
Forvard 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmuşdu.
“Ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik müqavilədən imtina etmişdi.
2020-ci ildə Fatih Terimin istəyi ilə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib.
Nigeriyalı 2016-2018-ci illəri «Napredak Kruševac»da keçirib. Karyerası əsasən Türkiyə ilə bağılıdır. 2018-ci ilin yayında «Eskişehirspor»la müqavilə imzalayıb.
Daha sonra «Qalatasaray»a transfer olunub. İstanbul nəhəngi ilə 2 illik anlaşan, bu müddətdə 12 oyuna çıxıb 1 qol vuran Sekidika bu müddətdə 3 kluba icarəyə verilib.
Sırasıyla «Konyaspor», « OH Leuven » və «Eyübspor»un düşərgəsində yer alıb. Sonuncular 2022-ci ildə onun transfer hüququna yiyələnib, bu ilin əvvəlində isə «Ümraniyespor»a icarəyə verib.
Nigeriyalı Coşqun Diniyevin yeni komandasında qalmaq istəmədiyindən, «Sabah»ın gələn təklifə müsbət yanaşıb.
SPORTİNFO.AZ