
Ayaz Quliyevi sıralarına qatan «Sabah» daha bir sürpriz transferə imza atmaq niyyətindədir.
Premyer Liqanın gümüş medalçısı Səudiyyə Ərəbistanına yollanan Coy Lens Mikelsin yerini sabiq «Qalatasaray»lı ilə doldurmağı planlaşdırır.
Söhbət Jesse Sekidikadan gedir. 27 yaşlı nigeriyalı 2016-2018-ci illəri «Napredak Kruševac»da keçirib.
Afrikalı forvardın karyerası əsasən Türkiyə ilə bağılıdır. 2018-ci ilin yayında «Eskişehirspor»la müqavilə imzalayıb.
Daha sonra «Qalatasaray»a transfer olunub. İstanbul nəhəngi ilə 2 illik anlaşan, bu müddətdə 12 oyuna çıxıb 1 qol vuran Sekidika bu müddətdə 3 kluba icarəyə verilib.
Sırasıyla «Konyaspor», « OH Leuven » və «Eyübspor»un düşərgəsində yer alıb.
Sonuncular 2022-ci ildə onun transfer hüququna yiyələnib, bu ilin əvvəlində isə «Ümraniyespor»a icarəyə verib.
Nigeriyalı Coşqun Diniyevin yeni komandasında qalmaq istəmədiyindən, «Sabah»ın gələn təklifə müsbət yanaşıb. Hazırda danışıqlar son mərhələdədir.
SPORTİNFO.AZ